Bakıda intihar olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki,  hadisə paytaxtın Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında qeydə alınıb. Orada məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün, 1983-cü il təvəllüdlü Pərviz Fikrət oğlu Həsənov sanatoriyanın damındakı borudan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.