Lənkəran sakini restoranlardan birində nahar edərkən xoşagəlməz halla rastlaşıb. Yediyi yeməkdən qurd çıxması onu xəstəxanaya müraciət etməyə vadar edib.

Unikal.org Xəzərxəbər-ə istinadən məlumat verir ki, rayonun Havzava kənd sakini Elsevər Həsənov qardaşı və iş yoldaşı ilə birlikdə nahar etmək üçün restoranlardan birinə üz tutublar. Lakin sifariş verdikləri toyuğun içindən diri qurdların çıxdığını görüblər. Hətta toyuğun içindən çıxan qurdlardan birini telefonla da çəkiblər.

Müştəri bu barədə restoran əməkdaşlarına məlumat versə də hər hansı tutarlı cavab ala bilməyib. Səhhətlərində hər hansı bir narahatlıq olmasa da gördükləri mənzərədən iyrəndikləri üçün mədələrinin yuyulması üçün xəstəxanaya müraciət ediblər.

Məsələ ilə bağlı sözügedən restoranda olsaq da hər hansı bir açıqlama verən olmadı.