Göyçayda "VAZ 2109" markalı minik avtomobili yolu keçən piyadanı vurub.  

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. 

Yaralı hadisə yerində dünyasını dəyişib. Hadisə yeni baş verdiyi üçün ölən şəxsin kimliyi hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.