Şəmkir rayonunda gənc oğlan ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Unikal.org-un məlumatına görə, şəxsiyyəti hələ ki, məlum olmayan gənc oğlana kəsici alətlə daxilə nüfuz etmiş yara diaqnozu qoyulub.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan gəncin bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.