Şəmkirdə yol qəza hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, olay Bakı-Qazax istiqamətində rayonun 3 yol adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “TIR” markalı yük maşını ilə “Chevrolet” markalı minik avtomobili toquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb. Hadisə yerində yolda tıxac yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub, tıxac aradan qaldırılıb.