Bakı şəhərinin Binəqədi rayonunda yaşayış evində partlayış baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib. Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.