Quba rayonunun Amsar kəndində ümumi sahəsi 48 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.
Unikal.org 
 FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində evin döşəməsi 4 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.