Salyanda bir uşaq anası intihar edib.

Unikal.org  xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qarabağlı kənd ərazi nümayəndəliyinə daxil olan Kolanı kəndində baş verib. 

Kənd sakini, 1987-ci il təvəllüdlü Xəlilova İradə Pərvaz qızı yaşadığı evin arxa hissəsindəki çardaqdan özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.