Türkiyənin İzmir şəhərində gəmi yanıb.

Unikal.org xəbər verir ki, Petkim limanında SOCAR şirkətinə aid gəmidə partlayış olub. 

Hadisə nəticəsində gəmidə işləyən italyan vətəndaşı Roberto Montegurdia, ruminya vətəndaşı ölüb, 15 nəfər italyan və bir türk xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilıir.

Partlayışın səbəbi hələ ki, məlum deyil. Bildirilir ki, hadisə gecə saatlarında başç verib.

Hazırda yanğın nəzarətə alınıb. Prokurorluq istintaq araşdırmalarına başlayıb.