Bakıda ərəb turist ilə azərbaycanlının dalaşması ilə bağlı məsələyə rəsmi münasibət bildirilib.

Bakı Baş Polis İdarəsindən Unikal.org-a verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" Ticarət Mərkəzində baş verib.Məsələ yayılan xəbərdə qeyd edilən kimi baş verməyib.Belə ki, ticarət mərkəzində ərəblə azərbaycanlı dalaşmayıb.Ərəblər öz aralarında yüksək səslə danışıblar.Bu zaman ətrafda olan sakinlər onları sakitləşdirməyə çalışıblar.Hazırda hadisə ilə bağlı Səbail Rayon Polis idarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılır.

Famil Fərhadoğlu