Gənclər və idman  naziri  Azad  Rəhimov  Quba rayonunda Quba, Qusar rayonlarından  olan vətəndaşları  qəbul  edib. Qəbulda  14  nəfər  vətəndaş  iştirak  edib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, vətəndaşların etdikləri müraciətlər sırasında “Gənclər evi”nin fəaliyyəti,  Olimpiya  İdman  Komplekslərinin, eyni  zamanda  digər  idman  qurğularının  tikintisi  və  təmiri,   idman  avadanlıqlarının  verilməsi, işlə təminat,   fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  və s mövzular olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin qeydə alınaraq, aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilmiş, bir  qismi  isə  baxılması  üçün  icraya  yönəldilmişdir.