İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında cüdoçumuz Hidayət Heydərov uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu finala vəsiqə uğrunda Monqolustan təmsilçisi Tsoqtbaatar Tsend-Oçirə qalib gəlib. 

H.Heydərov qızıl medal uğrunda görüşdə rusiyalı Evgeni Prokopçuk ilə qarşılaşacaq.