Ağdam rayon sakini əkin sahəsində qəfil keçinib.

Unikal.org  trend-ə istinadən xəbər  verir  ki,  hadisə rayonun Quzanlı kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Mehdiyev Sərxan Əliş oğlu axşam saatlarında sahəyə qarğıdalı yığmağa gedib.

Bir müddətdən sonra S.Mehdiyev sahədə qəfil dünyasını dəyişib.

Mərhumun meyiti gecə saatlarında oğlu tərəfindən qarğıdalı sahəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.