Türkiyənin Kütahya bölgəsində fəaliyyət göstərən azot zavodunda güclü partlayış baş verib.

Unikal.org  xəbər verir ki, zavod Kütahya-Eskişehir avtomobil yolunun yeddinci kilometrində yerləşir.

İlkin məlumata görə, hadisə yerinə polis qüvvələri, xilasedici dəstələr, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub. Hələlik, hadisənin təfərrüatı barədə rəsmi açıqlama yoxdur.