Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Bir ailənin 3 üzvü tortdan zəhərlənib. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrin vəziyyətin orta-ağır olduğu bildirilib.