19 Oktyabr 2019
18 Oktyabr 2019
Avropa Şurasının prezidenti Azərbaycana gəlib
Avropa Şurasının prezidenti Azərbaycana gəlib SİYASƏT 23:06 2019-07-08

Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib.

Unikal.org xəbər verir ki, Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin "Şərq tərəfdaşlığı" proqramının gələcəyi müzakirə olunacaq.

D.Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.

İyulun 11-də Avropa Şurasının prezidenti "Şərq tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.