Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Partizani” - “Qarabağ” matçının heyətləri açıqlanıb.

Unikal.org  xəbər verir  ki, bu gün keçiriləcək qarşılaşmadan az əvvəl hər iki komanda qarşılaşmanın protokolunu doldurub.

Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.

Qeyd edək ki, qarşılaşma Tirananın Selman Stermasi stadionunda keçiriləcək. 

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: 
Porvaldur Arnason (İslandiya)
“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri, 90. Emmanuel Mensa
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 9. Teofilus Solomon, 18. Lukas Kardoso, 19. Lorents Traşi, 38. Kristi Kote, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
“Qarabağ”: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı
Baş məşqçi: Qurban Qurbanov
Tirana. Selman Stermasi stadionu