18 Sentyabr 2019
17 Sentyabr 2019
Bakıda qadın küçədə can verdi - VİDEO
Bakıda qadın küçədə can verdi- VİDEO HADİSƏ 13:02 2019-07-11

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org  BAKU.WS-ə istinadən xəbər verir ki, bu gecə saat 23 radələrində Əmircan qəsəbəsində bazarın yaxınlığında naməlum avtomobil 60 yaşında bir qadını vurub.

Sürücü hadisədən sonra piyadanı can üstə qoyaraq qaçıb.

Hadisə şahidləri dərhal təcili yardıma zəng vurublar. Bildirilir ki, təcili yardım həkimləri çağırışdan 40 dəqiqə sonra hadisə yerinə gəliblər.

Həmin vaxta qədər vurulan qadın ağrılar içində yerdə qalıb. Sonradan həkimlər piyadanı ağır vəziyyətdə xəstəxanaya aparıblar. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq qadın vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.