Evə girən fil azyaşlı yaşlı uşağı öldürüb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda bir evin divarlarını qıraraq içəri girən fil 3 qardaşdan birini öldürüb, ikisini ağır yaralayıb.

Filin xortumu ilə öldürdüyü uşağın 7 yaşı olub. Filin evə girmək üçün yıxdığı divar digər iki qardaşın üzərinə aşıb və onlar ağır yaralanıblar. Xəstəxanaya aparılan qardaşların vəziyyətlərinin ağır olduğu  bildirilir.