S-400 zenit-raket kompleksinin növbəti hissəsi Türkiyəyə təhvil verilib.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, S-400-ləri gətirən dördüncü təyyarə bu gün Ankaradakı Mürtəd hərbi bazasına eniş edib. 

Qeyd edək ki, dünəndən başlayaraq Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk hissəsinin Ankaraya təhvil verilməsinə başlanılıb. Ötən gün rusiyalı mütəxəssislərlə birlikdə, S-400-ləri gətirən təyyarələr Malatya və Ankaraya enib.