Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu 2016-cı il iyulun 15-də ölkədə dövlət çevrilişinə cəhddən sonra terror təşkilatları ilə mübarizə barədə məlumat verib.

Unikal.org xəbər verir ki, nazir ötən dövr ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyatın icra olunduğunu bildirib. Qeyd edilib ki, son üç il ərzində terror təşkilatlarına üzv olan 69 min 496 nəfər saxlanılıb, 5 min 778 terrorçu məhv edilib.

S.Soylu bu istiqamətdə işlərin davam etdirildiyini deyib.