25 Avqust 2019
24 Avqust 2019
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət SİYASƏT 23:43 2019-07-15

"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq".

Unikal.org xəbər verir ki,  Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz “feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.

M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.