24 Avqust 2019
Gənc qız küçədə dalaşdığı sevgilisini döydürdü - VİDEO
Gənc qız küçədə dalaşdığı sevgilisini döydürdü- VİDEO DÜNYA 12:30 2019-07-16

Türkiyənin Elazığ şəhərində küçədə sevgilisi ilə mübahisə edən adama sillə vurublar. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elazığda sevgilisi ilə dalaşan oğlana oradan keçən bir nəfər sillə vurub.
Mübahisə telefon üstündə olub. 

Daha sonra cütlük bir-birini itələməyə başlayıb. Həmin vaxt qız orada olan Fərhat Çalışqandan kömək istəyib və o da qızın sevgilisinə sillə vurub. Sevgilisinə sillə vurduğu üçün qız bu dəfə Fərhata reaksiya göstərib. 

Hadisə kamera vasitəsi ilə lentə alınıb. Fərhat Çalışqan bu görüntüləri sosial şəbəkədə paylaşıb.