Əməkdar artist Könül Kərimova nənə olmağın sevincini yaşayır.

Unikal.org axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçinin qızı Ləmanın övladı dünyaya gəlib. Ləman 2017-ci ilin noyabr ayında Orxan adlı bəylə evlənib.

Cütlüyün bu il iyulun 8-də qızları doğulub. Onlar övladına Dəniz adını verib.

Qeyd edək ki, Ləman Ağcabədi rayonuna gəlin köçüb.