Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.

Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.

Ətrafdakı insanlar onun meyitini sudan çıxarıb.

Faktla bağlı araşdırma aparılır.