Neftçala rayonunda dənizdən meyiti çıxarılan iki nəfərin adı məlum olub.

Unikal.org xəbər verir ki, bunlar rayonun Həsənabad qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-ci il təvəllüdlü Babayev Fərid Namiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

1992-cü il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir. 

*** 16:59

Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə batan 3 nəfərdən ikisinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Bu barədə Unikal.org-a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.