24 iyul tarixində Neftçala rayonunda, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlunun, 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun və 1993-cü il təvəllüdlü Alıkişiyev Fariz Arif oğlunun axtarışları başa çatıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hər üç şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.