Ağcabədi rayonunda kafedə oğurluq olub.

Unikal.org xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən kafelərin birində baş verib. 

Zərərçəkən Rza Şirinov Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, axşam saatlarında icarəyə götürdüyü kafenin qapısı sındırılaraq oradan naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilib.

Kafedən televizor, samovar və digər əşyalar aparılıb.

Ağcabədi RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1985-ci il təvəllüdlü Ağa Sərdar oğlu Mammedov saxlanılıb. 

İlkin dindirilmə zamanı A.Mammedov törətdiyi hadisəni etiraf edərək oğurladığı əşyaları satmaqla pul əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.