Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, "Mercedes" markalı avtomobil Niyazi küçəsində yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Elnarə Əliyevanı vurub. Avtomobil daha sonra yolun kənarındakı ağaclara çırpılıb. 

Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.