"NTV" telekanalının qurucularından sayılan tarixçi, jurnalist həyatının 60-cı ilində vəfat edib.

Unikal.org “TASS”a istinadla xəbər verir ki, bu barədə jurnalistin oğlu Tvitter səhifəsində yazıb: "Bu gün – iyulun 28-də Vladimir Alekseviç Kara-Murza vəfat etdi. O, tarixçi, televiziya jurnalisti, “NTV”-nin yaradıcılarından biri idi”.
Jurnalistin oğlu əlavə edib ki, vida mərasiminin yeri və vaxtı barədə əlavə məlumat verəcək.
Qeyd edək ki, “Vladimir Kara-Murza – Böyük” adı ilə məşhur olan rus jurnalisti 1959-cu ildə Moskvada anadan olub. O, Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. NTV televiziya şirkətində "Itoqi", "Bu gün gecə yarısı" verilişlərində çalışıb. “TV-6” və “TVS” kanallarında "Qrani" proqramının aparıcısı olub.
Bir müddət “RTVi” telekanalında "Hazırda Rusiyada" və "Qrani Nedeli" verilişlərinin aparıcısı olub. 1995-ci ildə Rusiya Jurnalistlər Birliyinin "Rusiyanın Qızıl Qələmi" mükafatına layiq görülüb.
2005-2018-ci illərdə “Azadlıq” radiosunda redaktor və aparıcı kimi fəaliyyət göstərib.