"Yuventus"un ulduz oyunçusu  Ronaldo ötən yay yollarını ayırdığı "Real" üçün darıxdığını etiraf edib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı ulduz "Marca" qəzetinin ona təqdim etdiyi "Əfsanə" mükafatından sonra jurnalistlərin suallarını cavablayıb.

Ronaldo Jurnalistin "Mançester Yunayted", yoxsa "Real"a üçün daha çox darıxırsan" sualına belə cavab verib: 

"Hamısı üçün darıxıram. Amma "Real" üçün bir az daha çox darıxıram. Madrid mənə həm futbolda, həm şəxsi həyatımda çox şeylər verdi. Övladlarım burda böyüdü. Madridə xüsusi sevgim var. "Real"dan ayrılmaq məni də məyus etdi. Amma burda bütün kubokları qazandıqdan sonra yeni bir rəqabətə ehtiyacım var idi".