26 Avqust 2019
25 Avqust 2019
Küləkli hava 3 gün davam edəcək - XƏBƏRDARLIQ!
Küləkli hava 3 gün davam edəcək -XƏBƏRDARLIQ! CƏMİYYƏT 13:07 2019-08-05

“Bu gün müşahidə olunan güclü küləklə bağlı avqustun 2-də bütün müvafiq qurumlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən xəbərdarlıq edilib”. 

Bunu  Unikal.org-a ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

O bildirib ki, bu gündən başlayaraq avqustun 8-dək ölkə ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, küləyin maksimal sürəti bu günə təsadüf edəcək: “Avqustun 5-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 23-28, yarımadanın bəzi ərazilərində isə 30-35 m/san-dək şiddətlənəcəyi proqnozlaşdırılırdı. Bu gün saat 11:00 olan məlumata görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeronda 26-28 m/san təşkil edir, açıq dənizdə dalğanın hündürlüyü 2,5 metrdir. Lakin gün ərzində külək daha da güclənəcək və açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası olacaq. Ayın 6-7-də küləyin maksimal sürəti aşağı enəcək”.