Azərbaycan Prezident İlham Əliyev Pirallahı rayonuna səfər edib.

Unikal.org xəbər verir ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.

Bundan sonra Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər. 

Əvvəl: 12:53

****

Yeni: 13:05

Avqustun 7-də YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışında iştirak ediblər.

*** 

13:10

Pirallahı rayonunda qəzalı binaların sakinləri üçün yeni yaşayış kompleksi inşa olunur.

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə inşa olunan binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olublar. 

****

13:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər.