14 Oktyabr 2019
13 Oktyabr 2019
Qubada narkotacir Mərdan saxlanıldı
Qubada narkotacir Mərdan saxlanıldı KRİMİNAL 16:58 2019-08-07

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • Qubada narkotacir Mərdan saxlanıldı
  • Qubada narkotacir Mərdan saxlanıldı