21 Noyabr 2019
Toydan qayıdan avtomobil qəzaya düşdü, iki nəfər öldü - -FOTO (YENİLƏNİB)
Toydan qayıdan avtomobil qəzaya düşdü,iki nəfər öldü - -FOTO (YENİLƏNİB) HADİSƏ 00:02 2019-08-09

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adı məlum olub.

Unikal.org xəbər verir ki, zəncirvari avtomobil qəzası zamanı ölən şəxslər, Tovuz rayon sakini, Müzəffər İlqar oğlu Hüseynzadə və 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğludur.

Müzəffər Hüseynzadənin tələbə olduğu bildirilir. Qəza nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti isə ağırdır. 

Qeyd edək ki, qəza toy mərasimindən qayıdan zaman baş verib.

23:24

xxx

Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə nəticələnən qəzada ölən və yaralıların olduğu bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.


  • Toydan qayıdan avtomobil qəzaya düşdü,iki nəfər öldü - -FOTO (YENİLƏNİB)
  • Toydan qayıdan avtomobil qəzaya düşdü,iki nəfər öldü - -FOTO (YENİLƏNİB)