23 Oktyabr 2019
“Opel” “VAZ-21011”lə toqquşdu: Ölən var
“Opel” “VAZ-21011”lə toqquşdu:Ölən var HADİSƏ 14:36 2019-08-09

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 8-də saat 12 radələrində Bərdə şəhəri ərazisində E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdirib. Y.Həmidov orada ölüb.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.