26 Avqust 2019
25 Avqust 2019
Axtarışda olduğuna görə tutuldular
Axtarışda olduğuna görətutuldular KRİMİNAL 15:17 2019-08-09

Daxili İşlər Nazirliyi ötən gün ərzində törədilmiş cinayətlər haqda məlumatı açıqlayıb. 

Unikal.org xəbər verir ki, dünən əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.