14 Oktyabr 2019
13 Oktyabr 2019
Tovuzda qəzada üç nəfər ölüb
Tovuzda qəzada üç nəfər ölüb HADİSƏ 15:40 2019-08-09

Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011”, Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi “Daewoo” və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun avtomobilindəki sərnişinlərdən Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdı