21 Avqust 2019
20 Avqust 2019
Zaqatalada növbəti zəlzələ olub - YENİLƏNİB
Zaqatalada növbəti zəlzələ olub -YENİLƏNİB HADİSƏ 16:58 2019-08-10

Bu gün yerli vaxtla saat 15:22-də Zaqatalada üçüncü zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Unikal.org-a verilən xəbərə görə, zəlzələ Zaqatala stansiyasından 14 km cənub-qərbdə, Zaqatala ərazisində baş verib. 

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

16:57

xxx

Bu gün Zaqatalada ikinci zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM)  Unikal.org-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə  Zaqatala ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.