14 Oktyabr 2019
13 Oktyabr 2019
Salyanda ağır yol qəzası - Uşaq öldü, 2 nəfər xəsarət aldı
Salyanda ağır yol qəzası -Uşaq öldü, 2 nəfər xəsarət aldı HADİSƏ 22:08 2019-08-10

Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMV" və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Yardımlı rayon sakinləri - 1991-ci il təvəllüdlü Bağırova İntizar Ədalət qızı, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlu və 2010-cu il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğludur.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq S.Yarıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.