18 Sentyabr 2019
17 Sentyabr 2019
Yol qəzası daha bir can aldı - FOTO
Yol qəzası daha bir can aldı -FOTO HADİSƏ 23:48 2019-08-11

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Unikal.org report-a istinadən xəbər verir ki, qəza axşam saatlarında şəhərin Qalayçılar məhəlləsi kimi tanınan ərazisində baş verib. 

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan iri gövdəli ağaca çırpılıb. İlkin məlumata görə, avtomobildə olan 3 şəxsdən biri ölüb, digərləri isə yaralanıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qəza nəticəsində deformasiyaya uğramış avtomobildən ölən və xəsarət alanları xüsusi alət və avadanlıqların köməyilə çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.