16 Oktyabr 2019
15 Oktyabr 2019
Qurbanlıq heyvanlar yarmarkada neçəyədir? - FOTO
Qurbanlıq heyvanlar yarmarkada neçəyədir? -FOTO CƏMİYYƏT 09:47 2019-08-12

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları təşkil edir.

Unikal.org xəbər verir ki, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkalarının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə təmin etmək, istehlakçıların seçim imkanlarını artırmaq, bayramla əlaqədar möhtəkirlər, ayrı-ayrı fərdlər tərəfindən baş verə biləcək süni qiymət artımının qarşısını almaqdır.

Bu məqsədlə “Kənddən Şəhərə” yarmarkalarında satışa çıxarılacaq heyvanlar çəkisinə uyğun olaraq vahid qiymətə - 160, 170 və 180 manata satılacaq. Ümumilikdə yarmarkalara Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlər tərəfindən 25000-dən artıq qurbanlıq qoyun satışa çıxarılıb. Bayram zamanı qurbanlıq heyvanlara olan tələbatın bir hissəsi vahid qiymətə satılacaq qoyunlar hesabına təmin ediləcək, bununla da süni qiymət artımı cəhdlərinin qarşısı alınmış olacaq. 

“Kənddən Şəhərə” yarmarkaları 12-13 avqust tarixlərində 19-u Bakıda olmaqla respublikanın fərqli nöqtələrində fəaliyyət göstərəcək. 


  • Qurbanlıq heyvanlar yarmarkada neçəyədir? -FOTO
  • Qurbanlıq heyvanlar yarmarkada neçəyədir? -FOTO