21 Oktyabr 2019
20 Oktyabr 2019
Polisdən rəsmi açıqlama: "Nivanı tanışının üzərinə sürüb, sonra..."
Polisdən rəsmi açıqlama:"Nivanı tanışının üzərinə sürüb, sonra..." CƏMİYYƏT 17:30 2019-08-12

“Sosial şəbəkələrdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumat xarakterli video-müsahibə yayılıb. Müsahibə verən şəxsin iddiaları ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılmaqla, müsahibin şəxsiyyəti, hüquqi vəziyyəti müəyyən olunub”

Bu barədə Unikal.org-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1991-ci ildə Bakı şəhərində anadan olan, Nərimanov rayonunda qeydiyyatda olan, fərdi qaydada dəmir tədarükü məşğul olan Məmmədov Tural Elman oğlu cari ilin yanvar ayının 1-də axşam saatlarında Nərimanov rayonu A.Heydərov küçəsində tanışı Elxan Hacıyevi onun qarajından dəmir parçaları oğurlamaqda günahlandıraraq idarə etdiyi “Niva” markalı avtomaşını onun üzərinə sürərək ayağından xəsarət yetirib: “O, qanunsuz hərəkətlərini davam etdirərək avtomaşından düşüb E.Hacıyevi döyərək ona yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkəti törədib. Faktla bağlı yanvar ayının 28-də Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, 21.06.2019-cu il tarixdə Tural Məmmədov CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, iyunun 29-da istintaqı tamamlanaraq cinayət işi Nərimanov Rayon Prokurorluğuna göndərilib".

E.Hacıyev qeyd edib ki, Tural Məmmədov ictimai təhlükəli əməllərini pərdələmək üçün polis əməkdaşlarının ünvanına əsası olmayan ittihamlar səsləndirib: "Faktlar o həqiqətin göstəricisidir ki, yalan onun sığınacağıdır”.