22 Sentyabr 2019
21 Sentyabr 2019
Pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək - Prezidentdən FƏRMAN
Pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək -Prezidentdən FƏRMAN İQTİSADİYYAT 18:23 2019-08-14

Azərbaycanda pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərman imzalayıb.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən indeksləşdiriləcək.