"Real"ın yeni transferi və Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard zədə səbəbindən üç-dörd həftə ərzində baş tutacaq oyunları buraxa bilər.

Unikal.org  xəbər verir ki, futbolçunun ombadan aldığı zədə təxminən bir aya sağalacaq. Bu səbəbdən, futbolçu İspaniya çempionatının ilk üç turunda "Selta", "Valladolid" və "Villarreal" a qarşı oyunları buraxacaq.

Ayrıca, oyunçu Avro-2020-nin seçmə turnirində Belçika millisinin San Marino və Şotlandiyaya qarşı matçlarını buraxmaq riski ilə də üzləşib.