18 Sentyabr 2019
17 Sentyabr 2019
Milli komandanın yeni baş məşqçisi müəyyənləşdi
Milli komandanın yeni baş məşqçisi müəyyənləşdi İDMAN 14:16 2019-08-19

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından Unikal.org-a verilən məlumata görə, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq.

Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N.Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar.

Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.