18 Sentyabr 2019
17 Sentyabr 2019
Gömrükçülərə xüsusi təlimlər keçirilir - FOTO
Gömrükçülərə xüsusi təlimlər keçirilir -FOTO CƏMİYYƏT 23:04 2019-08-19

Gömrük- sərhəd buraxılış məntəqələrində xidmət səviyyəsinin ən qabaqcıl beynəlxalq təcrübələrə, innovativ üsullara əsaslanan formada optimallaşdırılması, o cümlədən funksional idarəetmənin mütərəqqi metodlarının tətbiqi, ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində xidmət keçən əməkdaşlara xüsusi təlimlərin keçirilməsinə başlanıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, avqustun 19-da başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloqlar və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işqüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə biliklər veriləcək və praktiki məşğələlər keçiriləcək.

Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına beynəlxalq hava limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşı cəlb olunub.

2 aylıq müddəti əhatə edəcək təlimlərdə “Müasir vətəndaş kimdir və nə istəyir”, “Yerli və xarici vətəndaşların ortaq və fərqli cəhətləri”, “Keyfiyyətli xidmət və vətəndaş məmnunluğu”, “Vətəndaşla münasibətlərin idarə olunması”, Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqları”, “Çətin vətəndaşlarla iş texnikaları və şikayətlərin idarə olunması”, “Qarşılama və özünü təqdim etmə bacarıqları”, “Xitabetmə, sualvermə, izahetmə və dinləmə texnikaları”, “Hiss və emosiyaların idarə olunması”, “Stresli və münaqişəli vəziyyətlərin idarə olunması”, “Qısa müddət ərzində pozitiv münasibətin qurulması bacarıqları”, “Ünsiyyət zamanı inandırma və təsiretmə texnikaları” adlı mövzular tədris olunacaq.


  • Gömrükçülərə xüsusi təlimlər keçirilir -FOTO
  • Gömrükçülərə xüsusi təlimlər keçirilir -FOTO