19 Sentyabr 2019
Azərbaycan ən çox Rusiyaya məhsul ixrac edib
Azərbaycan ən çox Rusiyaya məhsul ixrac edib İQTİSADİYYAT 18:25 2019-08-24

Cari ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın yeddi ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Türkmənistandır. 

Rusiyaya ixrac olunan məhsulların dəyəri 423 milyon 234 min ABŞ dolları, Ukraynaya 270 milyon 31 min dollar, Türkmənistana isə 14 min 502 dollar olub.