Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elvin Həmzəyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Unikal.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. E.Həmzəyev 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, İmişli rayon sakini Elvin Həmzəyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, 2018-ci il noyabrın 27-də Nərimanov rayonu ərazisində münaqişə zəminində Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq orqanında E.Həmzəyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Əli Osmanlı