27 yaşlı Serenna Derosa adlı qadın "Facebook"da bir maşın satıcısına çılpaq şəklini göndərib. Qadın üzr istəmək əvəzinə dedikləriylə hər kəsi şoka salıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Serenna isə bu fotonu özü yox pişiyinin göndərdiyini deyib. 5 aylıq pişiyinin ekrana toxunduğunu və maşınlarla maraqlanmaq üçün əlaqə saxladığı şəxsə fotonu göndərdiyini bildirib.

27 yaşlı qadın çox utandığını, həmin fotonu mesajdan silməyə çalışsa da buna nail ola bilmədiyini deyib.